ABŞ daha dörd İran vətəndaşına sanksiya tətbiq etdi


ABŞ sanksiya siyahısına dörd İran vətəndaşını əlavə edib.
Axar.az xəbər verir ki, müvafiq bildiriş ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında yerləşdirilib.
Sanksiya siyahısına daxil edilmiş şəxslərin İran neftinin digər ölkələrə tədarükündə vasitəçi kimi çıxış etdiyi deyilir.
Bildirilib ki, məhdudiyyət ABŞ-dakı aktivlərin dondurulmasını və Amerika vətəndaşlarının və şirkətlərinin həmin şəxslərlə biznes əlaqələrini qadağan edilməsini nəzərdə tutur.
Dərc vaxtına görə