ABŞ Bəhreyndəki vətəndaşlarına xəbərdarlıq etdi: İran hücumları artır


ABŞ-ın Bəhreyndəki səfirliyi İranın son günlərdə həyata keçirdiyi hücum cəhdlərindən sonra ölkədəki Amerika vətəndaşlarını yüksək təhlükəsizlik tədbirləri görməyə çağırıb.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə NEWS.am məlumat yayıb.
Səfirliyin noyabrın 18-də yaydığı təhlükəsizlik xəbərdarlığında İranın dəstəklədiyi husilərin silahlı hücum təhlükəsinin artdığı, eləcə də regionda ABŞ dövlət qulluqçularına və obyektlərinə qarşı hücum cəhdlərinin olduğu bildirilib.
Diplomatik nümayəndəlik vətəndaşlara yeni təhlükəsizlik xəbərdarlıqlarını izləməyi, uçuşların ləğvi, hava məkanının bağlanması və nəqliyyat əlaqələrində mümkün fasilələrə hazır olmağı tövsiyə edib.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, İran tərəfindən buraxılan bütün raketlər zərərsizləşdirilib və heç bir ziyan qeydə alınmayıb. Bildirilib ki, hücum cəhdləri Bəhreyndəki ABŞ radar obyektlərini hədəf alıb.
CENTCOM həmçinin bu həftəki hücumlar nəticəsində heç bir amerikalı hərbçinin xəsarət almadığını açıqlayıb.
Dərc vaxtına görə
