Şəmkir sakini özəl tibb mərkəzində abort olunduqdan sonra yolda vəfat edib


8 mənbə əsasında
Şəmkir şəhərində 1991-ci il təvəllüdlü Yeganə Əhmədova abort məqsədilə “Şans” tibb mərkəzinin filialına müraciət edib. Əməliyyatdan sonra qadının səhhəti qəfil pisləşdiyindən onun Rayon Mərkəzi Xəstəxanasına çatdırılması qərara alınıb. Lakin xəstəxanaya aparılan zaman pasiyent yolda dünyasını dəyişib. Üçüncü dəfə hamilə olan mərhumun ardında iki azyaşlı övladı qalıb.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Abortdan sonra ölən qadın özəl xəstəxanada əməliyyat edilibmiş - Foto
Dünən Şəmkirdə 35 yaşlı qadının ölümü ilə nəticələnən hadisənin bəzi təfərrüatları üzə çıxıb. Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Şəmkir şəhər sakini olan 1991-ci il təvəllüdlü Yeganə Əhmədovanın abort üçün ilkin olaraq “Şans” tibb mərkəzinə müraciət etdiyi məlum olub. Belə ki, Gəncədəki klinikanın Şəmkirdəki filialına müraciət edən qadının dünən saat 14 radələrində səhhəti qəfil kəskinləşib. Onun özəl tibb müəssisəsindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılmasına qərar verilib. Lakin Y.Əhmədova xəstəxanaya aparılarkən yolda vəfat edib. Qeyd edək ki, bu, qadının 3-cü hamiləliyi olub, onun iki azyaşlı övladı qalıb.
Tam oxu Bakivaxti.az saytındaDərc vaxtına görə