Yasamalda evdən meyit tapıldı | Cahangir Rüstəmovun oğlunun ölümü ilə bağlı təcili xəbər - Baku TV
Baku TVAtakişizadə Əfsanə


Paytaxtın Yasamal rayonunda mənzildən meyit tapılıb.
Hadisə İnşaatçılar prospektində yerləşən mənzillərdən birində qeydə alınıb.
Ölən şəxsin 1960-cı il təvəllüdlü Elşad Rüstəmov olduğu müəyyən edilib. Onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Bildirilib ki, meyiti tapılan şəxs Xalq rəssamı Cahangir Rüstəmovun oğludur. Elşad Rüstəmov Azərbaycan Dövlət Pedaqoji Universitetinin İncəsənət və Fiziki Tərbiyə fakültəsinin Təsviri incəsənət və onun tədrisi texnologiyası kafedrasında müəllim kimi fəaliyyət göstərib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
APA+1 mənbə