57 yaşlı Cennifer Lopez formada qalmağın sirrini açıqladı


Məşhur müğənni Cennifer Lopez fit bədən quruluşunu qorumaq üçün qidalanma rejimində etdiyi dəyişikliklərdən danışıb. Sənətçi balıq, zülal və göyərtinin gündəlik menyusunda mühüm yer tutduğunu bildirib.
Demokrat.az xəbər verir ki, 57 yaşlı ifaçı bu barədə "Vogue" nəşrinə müsahibəsində danışıb.
Lopezin sözlərinə görə, əvvəllər düyü, çörək, kərə yağı, donuz əti və qızardılmış yeməkləri daha çox istehlak edirdi. Lakin formada qalmaq istəyindən sonra qidalanma vərdişlərini dəyişməyə qərar verib. Bununla belə, müğənni peçenyedən tamamilə imtina edə bilmədiyini də etiraf edib.
"Bütün bunlar hələ də xoşuma gəlir, amma formada qalmaq istəyirəm. Balıq yeyirəm, çoxlu zülal və göyərti qəbul edirəm. İdmanla məşğul olur, ağırlıq qaldırıram. Təxminən 10 il əvvəl buna başladım. Bu, həyatımı həqiqətən dəyişdi. Əzələ kütləsinin artması mənə güc verdi", – deyə o bildirib.