Deputat Vüqar Bayramov Yusuf Kıraç və Selçuk Ünal ilə kosmik inkişafı, regional məsələləri müzakirə ediblər


Qərargahı Pekində yerləşən Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatına (APSCO) hazırda qardaş Türkiyə sədrlik edir.
APSCO 2008-ci ildə Birləşmiş Millətlər Təşkilatında (BMT) qeydiyyatdan keçmiş, hökumətlərarası, qeyri-kommersiya xarakterli və müstəqil bir qurum kimi fəaliyyətə başlamışdır.
Bunu deputat, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.
O xatırladıb ki, Təşkilat kosmik elm, kosmik texnologiyalar və onların tətbiqi sahələrində ümumi inkişafa nail olmaq məqsədilə çoxtərəfli əməkdaşlığı təşviq edir:
“Təşkilatın məqsədi regionun kosmik potensialını gücləndirmək, həmçinin regionda davamlı və sosial-iqtisadi inkişafa töhfə verməkdir.
“Kosmosun imkan verdiyi gələcək: Dayanıqlı və inklüziv Asiya-Sakit okean regionunun formalaşdırılması” mövzusunda 4-cü İnkişaf Forumuna Türkiyə geniş nümayəndə heyəti ilə qatılmışdır.
Türkiyə Kosmik Agentliyinin rəhbəri Yusuf Kıraç və Türkiyənin Çindəki səfiri Selçuk Ünal ilə kosmik inkişaf ilə yanaşı, regional məsələləri də müzakirə etdik”.
JASMİN
