463 nəfər direktorların işə qəbulu müsabiqəsində uğur qazanıb
PostMediaadmin


Direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib.
"PostMedia" xəbər verir ki, Elm və Təhsil Nazirliyinin məlumatına görə, 2026-cı ildə keçirilmiş müsabiqədə müəyyən edilmiş tələblərə cavab verən 463 nəfər uğur qazanıb.
Namizədlərin müsabiqə nəticələri barədə məlumatlar onların şəxsi səhifələrinə göndərilib.
Nazirlik uğur qazanmış namizədləri təbrik edib və onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
📲 Xəbərləri ilk siz oxuyun — bizi izləyin
Dərc vaxtına görə
