42 yaşlı kişi binadan yıxıldı


HADİSƏ 16 Noyabr 2026 19:33
Gəncədə 42 yaşlı kişi yaşayış binasından yıxılıb.
Sitat.info xəbər verir ki, hadisə şəhərin İsax Cəfərov küçəsi, bina 3 ünvanında qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Arzu Baxşəliyev ehtiyatsızlıq nəticəsində yaşayış binasının 4-cü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.
O, Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya çatdırılıb. Hazırda zərərçəkənin vəziyyətinin ağır olaraq qaldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır (oxu.az).
Dərc vaxtına görə
Sitat.infooxuduğunuz
42 yaşlı kişi binadan yıxıldı
