Rusiyada 36 yaşlı kişi valideynlərini ÖLDÜRDÜ
InterpressXuraman Etibarli


Rostov vilayətində oğul təqaüdçü valideynlərini bıçaqlayaraq öldürüb
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rostov vilayətində 60 yaşlı Gennadi və onun 59 yaşlı həyat yoldaşı Yelenanın meyitləri yaşadıqları fərdi evdə aşkarlanıb.
Onların bədənində çoxsaylı bıçaq xəsarətləri olub. Meyitləri qohumları tapıb.
Məlumata görə, ər-arvadın 36 yaşlı İqor adlı oğlu və iki azyaşlı nəvəsi var.
Valideynlərini öldürməkdə şübhəli bilinən İqor hazırda axtarılır. Onun 8 il əvvəl oğurluq ittihamı ilə məhkum edildiyi bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.
Xuraman Etibarlı
İnterpress.az

Oxu24.com+3 mənbə