40 il əvvəl Alyaska səmasında nə baş verib?

19 noyabr 2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
1986-cı il noyabrın 17-də Alyaska səmasında "Japan Airlines" aviaşirkətinə məxsus "Boeing 747" yük təyyarəsinin UNO ilə qarşılaşması aviasiya tarixində naməlum uçan obyektlərin müşahidəsi ilə bağlı ən məşhur hadisələrdən birinə çevrilib.
Təyyarənin ekipaj komandiri Kendzi Terauti səmada qeyri-adi parlaq işıqlar görüb. Lakin həmin vaxt radar ekranlarında heç bir hava gəmisi qeydə alınmayıb.
Onun sözlərinə görə, qəfildən təyyarənin qarşısında işıq saçan iki obyekt peyda olub. Onların yaydığı parlaq işıq kabinəni işıqlandırıb və orada temperaturun yüksəlməsinə səbəb olub. Komandir bir nəhəng və iki kiçik aparatın təxminən yarım saat ərzində təyyarəni müşayiət etdiyini bildirib. Obyektlərin fotosunu çəkmək cəhdi isə kameranın sıradan çıxması səbəbindən uğursuz olub.
Enişdən sonra mütəxəssislər pilotların ayıq və adekvat vəziyyətdə olduqlarını təsdiqləyiblər. Mülki radar qeydlərində naməlum obyektə aid olduğu düşünülən işarənin isə texniki xətanın nəticəsi olduğu vurğulanıb.
Astronomlar və aviasiya təhlükəsizliyi üzrə ekspertlər müşahidə edilən görüntülərin optik illüziyalar, Ay işığının buludlarda əks olunması və ya parlaq Yupiter planetinin görünməsi ilə bağlı ola biləcəyini qeyd ediblər.
Kopyalandı
