32 yaşlı kişini maşın vurub öldürdü


Kateqoriya məlum deyil18.11.2026 22:54
Bərdədə baş verən yol qəzası ölümlə nəticələnib.
Sfera.az bildirir ki, qəza hadisəsi Bərdə-Yevlax yolunun Saatlı kəndi ərazisində baş verib.
Belə ki, Aynur Həsənova idarə etdiyi “Lexus” markalı avtomobil ilə yolu keçən 1994-cü il təvəllüdlü Fərid Qasımovu vurub.
Qarağacı kənd sakini olan piyada aldığı xəsarətlərdən həyatını itirib.
Onun meyiti müayinə olunması üçün Bərdə rayon morquna aparılıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Dərc vaxtına görə

Oxu24.com+3 mənbə