32 yaşlı kişini maşın vurub öldürdü

1 dəq oxu
Xəbər
Bərdədə baş verən yol qəzası ölümlə nəticələnib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəza hadisəsi Bərdə-Yevlax yolunun Saatlı kəndi ərazisində baş verib.
Belə ki, Aynur Həsənova idarə etdiyi “Lexus” markalı avtomobil ilə yolu keçən 1994-cü il təvəllüdlü Fərid Qasımovu vurub.
Qarağacı kənd sakini olan piyada aldığı xəsarətlərdən həyatını itirib.
Onun meyiti müayinə olunması üçün Bərdə rayon morquna aparılıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Ziya Əmirxanlı
Bu xəbəri 4 mənbə yazıb
Dərc vaxtına görə
- Orijinal
Qafqazinfooxuduğunuz
32 yaşlı kişini maşın vurub öldürdü
- Orijinal
- Orijinal



