28 şəhər və rayon üzrə küləklə bağlı sarı xəbərdarlıq verilib


Milli Hidrometeorologiya Xidməti noyabrın 22-də Azərbaycanın 28 şəhər və rayonunda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Modern.az xəbər verir ki, həmin ərazilərdə qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13,9–20,7 metr olacaq.
Xəbərdarlıq Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Göyçay, Ağdaş, Ucar, Zərdab, Kürdəmir, Qobustan, Gəncə, Naftalan, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Ağdam, Ağcabədi, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Lerik və Yardımlını əhatə edir.
