"Mən daha qaçqın deyiləm" - 14 illik zarafata Zəngilanda verilən cavab


Bəzən insanın həyatında elə bir cümlə olur ki, illərlə danışılmayan tarix, çəkilən ağrı, gözlənilən bir gün onun içində gizlənir. Eşqinlə 14 il Bakıda qonşu olmuşuq. Eyni həyətdə gəzmişik, gündəlik həyatın saysız-hesabsız hadisələrini bölüşmüşük, bir-birimizə qəlbimizin dərinliyində gizlətdiyimiz sirləri əmanət etmişik. Aramızda zarafat da vardı. Məhəllədə bir yerə toplaşanda, gəzintiyə çıxanda, bir-birimizin evinə qonaq gedəndə, ona həmişə zarafatla "qaçqın" deyirdik. O da gülürdü, biz də gülürdük. Amma heç vaxt düşünmürdük ki, bu sözün arxasında bir insanın yarımçıq qalan uşaqlığı, itirilmiş yurd yeri, sevinci ilə paralel yaşayan həsrəti dayanır. Qonaq sözünü isə əbəs yerə vurğulamadım, səbəbini bir azdan açıqlayacağam.
Bu xəbərin tam mətnini mənbədən almaq alınmadı.
Orijinalı Oxu.az saytında