Bakıda gənc rəssamın qətlə yetirilməsinin təfərrüatları açıqlanıb


14 mənbə əsasında
Bakı şəhərinin Binəqədi rayonunda noyabrın 16-da günorta saatlarında 23 yaşlı rəssam Gülarə Mehdiyeva qətlə yetirilib. Hadisə ailənin yaşadığı mənzildə valideynlərin evdə olmadığı vaxt baş verib. İlkin məlumata görө, 2008-ci il təvəllüdlü Ayxan Mehdiyev dərslərindən qayıtdıqdan sonra ögey bacısı ilə sosial şəbəkədəki şəkillərə görə mübahisə edib. Mübahisə zəminində Ayxan ögey bacısını qətlə yetirib. Hadisə ilə bağlı araşdırma aparılır.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
23 yaşlı Gülarənin qətlinin səbəbi bilindi
Bakıda 23 yaşlı gənc rəssam Gülarə Mehdiyevanın qətli ilə bağlı digər detallar da məlum olub. Avrasiya.net Oxu.az-a istinadla xəbər verir ki, 2003-cü il təvəllüdlü Gülarə 3 yaşında olarkən, yəni 2006-cı ildə anası onu tərk edib. Məlumata görə, Gülarənin anası 2006-cı ildə atasından ayrılıb və azyaşlı Gülarəni də atasının himayəsinə atıb, evdən çıxıb. Gülarənin atası Ağa Mehdiyev 2007-ci ildə bir xanımla ailə həyatı qurub və onların birgə nikahdan 4 övladı dünyaya gəlib. Həmin qadından ilk övladı 2008-ci il təvəllüdlü Ayxan Mehdiyevdir. Ailənin 4-cü uşağı isə azyaşlıdır və ağır yataq xəstəsidir. Ağa Mehdiyevin ikinci həyat yoldaşı Gülarəni də öz övladı kimi qəbul edib və 5 uşağı böyüdüb. Hadisə noyabrın 16-da günorta saatlarında paytaxtın Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsi 11-a ünvanında yerləşən binanın 1 saylı mənzildə - ailənin məskunlaşdığı evdə baş verib. Hadisə vaxtı ata və ana evdə olmasalar da, övladları mənzildə olublar. Ayxan dərsdən evə gələrək bacısı ilə sosial şəbəkə barədə mübahisə edib. Məlumata görə, Ayxan sosial şəbəkələrdən birində bacısı Gülarənin açıq-saçıq şəkillərini görüb və buna görə ona irad tutub. O, şəkillərdən birinə tanımadığı oğlanların rəy yazdığını görüb və buna görə onların silinməsini bacısından tələb edib. Bacısı isə şəkilləri silməkdən imtina edib. Nəticədə Ayxanla Gülarə arasında mübahisə yaranıb və Ayxan ögey bacısını qətlə yetirib.
Tam oxu Avrasiya İA saytındaDərc vaxtına görə
Milli.az+2 mənbə