Bakıda 23 yaşlı rəssamın qətlə yetirilməsi ilə bağlı təfərrüatlar açıqlanıb


19 mənbə əsasında
Bakı şəhərinin Binəqədi rayonunda gənc rəssam Gülarə Mehdiyeva ögey qardaşı tərəfindən bıçaqlanaraq öldürülüb. Hadisə noyabrın 16-da gündüz saatlarında 9-cu mikrorayonda yerləşən evlərin birində baş verib. Qonşuların köməyi ilə xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb. Saxlanılan ögey qardaş cinayəti qısqanclıq zəminində törətdiyini iddia edib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanaraq araşdırma aparılır.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
23 yaşlı Gülarənin qətli ilə bağlı yeni detallar – FOTOLAR
Ajans.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisədən sonra polis əməkdaşları tərəfindən saxlanılan 2008-ci il təvəllüdlü A.Mehdiyev cinayəti qısqanclıq zəminində törətdiyini iddia edib.Məlum olub ki, Gülarə ilə Ayxan ata bir, ana ayrı ögey bacı-qardaşdır. Onlar Binəqədi rayonu 9-cu mikrorayon Həmzə Babaşov küçəsindəki evdə yaşayıblar.Hadisə isə noyabrın 16-sı saat 14:30 radələrində evin mətbəx otağında baş verib. 18 yaşlı oğlan bıçaqla bacısına hücum edərək 3 ağır zərbə endirib. Gülarənin səsinə qonşular gəliblər və dərhal təcili tbbi yardım çağırıblar. Xəstəxanaya çatdırılsa da, 23 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb.Faktla bağlı Binəqədi Rayon Prolkurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Tam oxu Ajans.az saytındaDərc vaxtına görə