21%-lik bahalaşma Avrozonada yeni inflyasiya dalğası yaratdı


Yüksək enerji qiymətləri Avrozonada inflyasiyanı kəskin şəkildə artıraraq Avropa Mərkəzi Bankının (AMB) uçot dərəcələrini yenidən qaldırması ehtimalını gücləndirib. Sentyabrda 3,8% olan inflyasiya səviyyəsi oktyabr ayında 4%-ə yüksəlib.
Plat.az xəbər verir ki, bu kəskin artımın əsas səbəbi İran müharibəsinin yaratdığı neft şoku və enerji xərclərinin ötən illə müqayisədə 21% bahalaşmasıdır.
Avropa Komissiyasının proqnozlarına görə, inflyasiya 2026 və 2027-ci illərdə də AMB-nin 2%-lik hədəfini üstələyərək müvafiq olaraq 3,2% və 3,1% səviyyəsində qalacaq.