Ev təsərrüfatlarının elektron uçotu üçün ölkə üzrə təlimlərə başlanılıb


6 mənbə əsasında
Noyabrın 23-dən 26-dək ölkənin 14 iqtisadi zonasında ev təsərrüfatlarının elektron uçotunun təşkili məqsədilə xüsusi hazırlıq kurslarına start verilib. Naxçıvan Muxtar Respublikasını da əhatə edən bu prosesdə Dövlət Statistika Komitəsi, həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat və Kənd Təsərrüfatı nazirlikləri mütəxəssis qismində iştirak edirlər. Yerli qurumların nümayəndələri ilə birlikdə altı mindən artıq şəxsin qatıldığı təlimlər kadr potensialının artırılmasına və yeni qaydaların izahına xidmət edir. Gələn ildən etibarən ev təsərrüfatlarının qeydiyyatı “mygov” platformasındakı xüsusi altsistem vasitəsilə tam rəqəmsal müstəviyə keçiriləcək.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
14 iqtisadi zonada təlimlərə start verildi
Noyabrın 23-dən 26-dək ev təsərrüfatlarının uçotunun elektron qaydada təşkilinə hazırlıq çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, 14 iqtisadi zona üzrə yaşayış məntəqələrində qeydiyyat aparacaq şəxslər üçün təlimlərə başlanılıb.Oxu24.com xəbər verir ki, təlimlərə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı nazirliklərinin və Dövlət Statistika Komitəsinin mütəxəssisləri təlimçi qismində cəlb olunub. Təlimlərdə yerli icra hakimiyyəti orqanlarının, aidiyyəti dövlət qurumlarının nümayəndələri və ev təsərrüfatlarının uçotunu aparacaq şəxslər olmaqla, ümumilikdə, 6 mindən çox şəxs iştirak edəcək.Təlimlərin əsas məqsədi uçotun yeni qaydalarının izah edilməsi, məlumatların tamlığının və dəqiqliyinin təmin olunması, planşetlərdən və elektron informasiya sistemindən istifadə üzrə kadr potensialının gücləndirilməsidir. Təlimlərdə qeyd olunub ki, 2027-ci ildən etibarən ev təsərrüfatlarının uçotu ilk dəfə olaraq “mygov” platformasında yaradılmış “Ev təsərrüfatları” altsistemi vasitəsilə tam elektron qaydada həyata keçiriləcəkdir. Uçot məlumatları vahid informasiya sistemində cəmləşdiriləcək, Elektron Hökumət İnformasiya Sistemi ilə inteqrasiya olunacaq. Bununla da vətəndaşlar ev təsərrüfatlarına dair məlumatları ilə “mygov” platforması üzərindən “bir pəncərə” prinsipi əsasında tanış olmaq imkanı əldə edəcəklər.Ev təsərrüfatlarının uçotu əhalinin faktiki yaşayış şəraiti, ailə tərkibi, məşğulluğu, sosial vəziyyəti, torpaq sahələri və fərdi təsərrüfat fəaliyyəti barədə dolğun və etibarlı məlumatların əldə edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Uçot nəticəsində formalaşan məlumat bazası əhalinin real ehtiyaclarının müəyyənləşdirilməsinə, sosial müdafiə tədbirlərinin daha səmərəli təşkilinə, dövlət dəstəyinin ehtiyacı olan ailələrə ünvanlı şəkildə yönəldilməsinə və vətəndaşların rifahının yüksəldilməsinə xidmət edir.Eyni zamanda, uçot məlumatları yaşayış məntəqələrinin sosial-iqtisadi vəziyyətinin qiymətləndirilməsi, demoqrafik
Tam oxu Oxu24.com saytındaDərc vaxtına görə
