10 ayda 548 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub


18 Noyabr 2026 16:57
52
CƏMİYYƏT
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda 548 mindən çox şəxs aktiv məşğulluq tədbirlərindən yararlanıb. Tədbirlər əhalinin məşğulluq imkanlarının genişləndirilməsi, işsiz və işaxtaran şəxslərin əmək bazarına inteqrasiyası, eləcə də peşə bacarıqlarının inkişafına yönəlib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) məlumatına görə, bu dövrdə Dövlət Məşğulluq Agentliyi tərəfindən 164 min şəxs münasib işlərlə təmin edilib. Daha 6,6 min şəxs kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.
Bununla yanaşı, 15 min şəxs üçün peşə hazırlığı kursları təşkil edilib, 362,7 min şəxsə isə peşəyönümü xidmətləri göstərilib.
Göstəricilər məşğulluq tədbirlərinin müxtəlif istiqamətləri əhatə etdiyini, vətəndaşların yalnız işlə təmin olunmasına deyil, həm də peşə bacarıqlarının artırılmasına və fərdi sahibkarlıq imkanlarının genişləndirilməsinə xidmət etdiyini göstərir.
“Azərbaycan”
Digər Xəbərlər
Faydalı linklər
ÇOX OXUNANLAR
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
TƏQVİM / ARXİV
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu. Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu. Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir! Hələ də dünyada ədalətsizliklər mövcuddur! Hələ də dünyada ikili standartlar var! Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir! Odur ki, biz daima güclü olmalıyıq. Güclü olmağın əsas şərti isə bizim birliyimizdir! Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq. Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq. Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik. Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir. Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!
1 mənbə