Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?
Noyabr 19-da Çinin Şençjen şəhərində, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp, Çin Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin arasındakı üçtərəfli görüşün baş tutacağı gözlənilir. Bu, üç ölkə liderinin ilk üçtərəfli görüşü olacaq. Görüşdə dünya sülhünün qorunması və böyük dövlətlər arasında strateji sabitliyin təşviqi məsələlərinin müzakirə ediləcəyi bildirilir. Maraqlıdır, görüşdən gözləntilər nələrdir? Mövzu ilə bağlı politoloq Çingiz Şahbazi Bakıvaxtı.az -a danışıb. Onun sözlərinə görə, noyabrın 19-da nəzərdə tutulan üçtərəfli görüş beynəlxalq siyasətin əsas müzakirə mövzularından birinə çevrilib: "Bu görüş müasir beynəlxalq münasibətlər tarixində ABŞ, Çin və Rusiya liderlərinin ilk belə üçtərəfli sammiti olacaq. Dünya mətbuatında görüşün əhəmiyyəti yalnız üç nüvə dövlətinin rəhbərlərinin eyni masa arxasında əyləşməsi ilə izah edilmir. Əsas diqqət Vaşinqton, Pekin və Moskvanın beynəlxalq təhlükəsizlik, nüvə silahlarına nəzarət, İran ətrafındakı vəziyyət, Ukrayna müharibəsi və qlobal güc balansı məsələlərində ortaq mövqe tapmaq imkanlarına yönəlib". Politoloqun fikrincə, əslində sammitdən böyük və konkret siyasi razılaşma gözləmək çətin görünür. Çünki hər üç ölkənin maraqları bir sıra məsələlərdə üst-üstə düşsə də, onların strateji prioritetləri arasında ciddi fərqlər qalmaqdadır. "Bütün hallarda görüşün simvolik və siyasi əhəmiyyəti konkret razılaşmaların əhəmiyyətindən daha böyük ola bilər. Bir çox dünya analitikləri görüşü Yalta razılaşması ilə müqayisə edirlər. Lakin burada liderlərin ayrı-ayrı maraqlarını nəzərə almaq vacibdir. Liderlərin fərqli düşüncələri fonunda sammit qlobal siyasətdə mühüm diplomatik hadisə hesab olunur, amma üç liderin bir araya gəlməsi onların bütün əsas məsələlərdə razılığa gələcəyi anlamına gəlmir", - deyə Ç. Şahbazi əlavə edib. Politoloq hesab edir ki, sammitin ən mühüm və mürəkkəb məsələlərindən biri nüvə silahlarının azaldılması və onların yayılmasının qar












.jpg)