Endirim yarışı şirkətlərin qazancını necə dəyişir? – Görünməyən itkilər
Müəllif: Şəbnəm İbrahimxəlilova,Banco.az Endirim kampaniyaları şirkətlərin müştəri cəlb etmək və satış həcmini artırmaq üçün ən çox istifadə etdiyi marketinq alətlərindən biridir. Mövsümi endirimlər, xüsusi təkliflər, faiz güzəştləri və “1 alana 1 hədiyyə” kampaniyaları müxtəlif sektorlarda geniş tətbiq olunur. Lakin endirim dövründə satışların artması şirkətin ümumi gəlirinin və mənfəətinin də yüksəlməsi demək deyil. Bu baxımdan qiymət güzəştlərinin biznesin satış göstəricilərinə, mənfəət marjasına və müştəri davranışına təsiri müzakirə mövzusudur.

