Bezosdan 200 milyon dollarlıq xeyriyyə addımı
Müəllif: Şəbnəm İbrahimxəlilova,Banco.az “Amazon”un qurucusu Ceff Bezos təxminən 198,9 milyon dollar dəyərində şirkət səhmini qeyri-kommersiya təşkilatlarına bağışlayıb. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim edilən sənədlərə görə, milyarder noyabrın 12 və 13-də ümumilikdə 771 492 ədəd “Amazon” səhmini ianə edib. “Forbes”in məlumatına görə, bağışlanan səhmlərin dəyəri şirkətin noyabrın 16-da birjada qeydə alınan bağlanış qiyməti – 257,75 dollar əsasında hesablanıb.












