"İdmandan kənar": 16 yaşlı ananın tək böyütdüyü zəif uşaqdan dünya basketbolunun zirvəsinə - Foto/Video
O, NBA tarixinin ən böyük basketbolçularından biridir. Dörd dəfə çempion olub, dörd dəfə mövsümün ən dəyərli oyunçusu seçilib və liqa tarixində ən çox xal toplayan basketbolçuya çevrilib. Lakin Lebron Ceymsin hekayəsi yalnız kuboklardan və rekordlardan ibarət deyil. Bu, çətin uşaqlıq keçirən, anasının əziyyətini unutmayan, doğma şəhərinə verdiyi sözü yerinə yetirən və illər sonra oğlu ilə eyni meydanda tarix yazan bir insanın hekayəsidir.












