Gəncədə 42 yaşlı kişi 4-cü mərtəbədən yıxılıb
Ajans.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.1984-cü il təvəllüdlü Arzu Baxşəliyev binanın 4-cü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb. 42 yaşlı şəxs Gəncədə yerləşən xəstəxanalardan birinə aparılıb.İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.Faktla bağlı araşdırma başlanılıb.











