Azərbaycana sərt qış gəlir: bu bölgələrdə güclü qar gözlənilir – SİYAHI
El-Ninyo hadisəsi ölkəmizdə qışın gedişinə necə təsir göstərəcək? Ölkəmizin hansı bölgələrində güclü şaxta və qar yağışı gözlənilir?Ajans.az xəbər verir ki, Globalinfo.az-a danışan “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin (İB) sədri, ekoloq İradə Həsənova deyib ki, qlobal iqlim dəyişiklikləri son illərdə dünyanın müxtəlif regionlarında mövsümi hava şəraitinin dəyişməsinə, temperatur rekordlarının qeydə alınmasına, qeyri-adi yağıntılara və ekstremal hava hadisələrinin intensivləşməsinə səbəb olur:“Bu proseslərin təsiri qarşıdan gələn 2026-2027-ci illərin qış mövsümündə də özünü göstərəcək. Xüsusilə El-Ninyo hadisəsinin mümkün təsirləri qış mövsümünün temperatur və yağıntı xüsusiyyətlərinə təsir göstərir. El-Ninyo Azərbaycanda qışın mütləq isti və ya quraq keçəcəyini müəyyən etmir. Ölkəmizdə qışın xarakteri əsasən Atlantik okeanından gələn hava kütlələri, Arktik mənşəli soyuq hava axınları, Xəzər dənizinin təsiri və regional atmosfer prosesləri ilə formalaşır. Azərbaycanın coğrafi relyefi və iqlim müxtəlifliyi qış fəslinin bölgələr üzrə fərqli keçməsinə şərait yaradır. Güclü şaxta və qar yağışı ehtimalı ilk növbədə dağlıq və yüksək dağlıq ərazilərdə daha çoxdur. Kiçik Qafqaz bölgəsində Kəlbəcər, Laçın, Şuşa, Gədəbəy və Daşkəsən ərazilərində şaxtalı və qarlı hava şəraiti gözlənilir. Naxçıvan ərazisində xüsusilə yüksək dağlıq ərazilərdə sərt şaxta və qar yağışı ehtimalı daha yüksəkdir. Kontinental iqlim səbəbindən burada temperatur fərqləri də kəskin ola bilər. Aran və Abşeron bölgəsi ərazilərində qışın nisbətən mülayim keçməsi ehtimalı yüksək olsa da, şimaldan daxil olan soyuq hava kütlələri temperaturun kəskin enməsinə, bəzi günlərdə isə qar və sulu qar yağmasına gətirib çıxaracaq”.Ekoloq bildirib ki, bu bölgələrin sadalanması konkret günlər üzrə qar və şaxta proqnozu deyil:“Onların iqlim və relyef xüsusiyyətlərinə əsaslanan qiymətləndirmədir. Mülayim qış ehtimalı arxayınlıq yaratmamalıdır. Temperaturun qısa müddətdə kəskin dəyişməsi, intensiv











