20 il əvvəl boşanan 92 və 93 yaşlı cütlük yenidən ailə qurub


Cəmiyyət
1 0
16.11.2026 22:52
Türkiyənin Ordu vilayətinin Ünye rayonunda yaşayan 93 yaşlı Əminə Sarı və 92 yaşlı Mehmet Sarı 20 il əvvəl boşandıqdan sonra yenidən evlənmək qərarına gəliblər.
Beş övlad sahibi olan cütlüyün istəyini nəzərə alan Ünye Bələdiyyəsinin əməkdaşları nikah mərasiminə hazırlıq görüblər.
Cütlük bələdiyyənin Nikah İdarəsinin həyətində təşkil olunan mərasimdə yenidən nikah masasına əyləşib.
