Milli Məclisdə maaşlarla bağlı QƏRAR
Əməkhaqqı ödənişləri elektronlaşdırılacaq. Oxu24.com xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən əmək münasibətləri iştirakçıları tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmasının təmin olunması, işçilərin əməkhaqlarının vaxtında və qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə verilməsinə nəzarətin həyata keçirilməsi, qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə işçilərə ödənilən əməkhaqqı və digər ödənişlərin elektron ödəniş sistemi vasitəsi ilə işçinin seçimi əsasında müəyyən olunan bank hesabına köçürülməsi nəzərdə tutulur. Qeyd olunan normativ hüquqi aktın qəbul olunması nəticəsində, əməkhaqqı kartına müvafiq köçürülmələr barədə məlumatların əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən orqana təqdim edilməsi əmək münasibətlərində şəffaflığın artırılması və işçi hüquqlarının daha səmərəli müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Belə bir sistemin tətbiqi işəgötürənlərin əməkhaqqı ödənişlərini vaxtında və tam şəkildə həyata keçirmələrinə nəzarətin gücləndirilməsinə imkan verir. Nəticədə, əməkhaqqının ödənilməsində yaranan qanunsuzluqların, o cümlədən gecikmələrin, azaldılmaların və ya gizlədilmələrin aşkarlanması və aradan qaldırılması daha əlçatan olur. Bu isə əmək bazarında ədalətlilik və sosial ədalətin təmin olunmasına, işçilərin hüquqlarının qorunmasına, həmçinin sosial-iqtisadi sabitliyin möhkəmlənməsinə zəmin yaradır. Nəzarət mexanizminin tətbiqi ilə əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən orqan işçı və işəgötürən arasında əmək münasibətlərinin şəffaflığını təmin edə biləcək, əməkhaqlarının duzgün ödənilməsini təmin edən effektiv nəzarət sistemina sahib olacaq. Bu, həmçinin əmək münasibətlərində yaranan pozuntuların vaxtında müəyyən edilməsini və müvafiq tədbirlərin görülməsini asanlaşdıracaq. Beləliklə, əməkhaqlarının ödənilməsinə dair müasir və effektiv nəzarət mexanizminin tətbiqi ölkədə əmə











