ZÖHRAB GÖZƏLBƏYLİ BEYNƏLXALQ YARIŞA TƏYİNAT ALIB


Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa təyinat alıb.
O, Avropa Voleybol Konfederasiyası tərəfindən kişi voleybolçular arasında keçirilən Çelenc Kubokunun 1/32 final mərhələsinin qarşılaşmasına supervayzer təyin olunub.
Noyabrın 18-də Yunanıstanda keçiriləcək oyunda yerli “OFI Crete HERAKLEION” komandası Almaniyanın “Helios Grizzlys GIESEN” klubu ilə üz-üzə gələcək.
Qarşılaşmanı türkiyəli Meryem Tekol Pelenk və serbiyalı Aleksandra Balandzic idarə edəcəklər.
