"Zirə"də cəzalı futbolçu yoxdur, lakin...


Misli Premyer Liqasının (MPL) 12-ci turunda "İmişli" ilə qarşılaşacaq "Zirə"nin meydana neçə itki ilə çıxacağı bəlli olub.
Bu barədə Fanat.Az-a klubun sözçüsü Bəhruz Musayev məlumat verib:
"Komanda məşqlərə davam edir. Cəzalı futbolçu yoxdur. Lakin İssa Cibrila, Bayere Lue və Ktatau zədəli oyunçulardır".
Görüş noyabrın 20-də baş tutacaq. Matçın start fiti saat 14:30-da səsləndiriləcək.
Qeyd edək ki, "Zirə" turnir cədvəlində 19 xalla 5-ci pillədə qərarlaşıb.
Əlisahib İbrahimli
