Zidan: "Duenin artıq ağrısı yoxdur, Fransa yığmasına hazırdır"


Fransa millisinin baş məşqçisi Zinəddin Zidan Dezire Duenin vəziyyəti barədə danışıb.
Offsideplus.az xəbər verir ki, Millətlər Liqasında İtaliya ilə oyunda (1:3) Davide Frattezinin dirsək zərbəsindən sonra Duenin ciddi zədə alıb. Oyunçunun dişi yerindən tərpənib və ağzından qan gəlib. Hadisədən 10 dəqiqə sonra onu Sanni Meyulu əvəzləyib.
Bu gün Fransa altıncı turda Türkiyə ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Zidan bildirib: "Düeyə Milanda çox ağrı olmuşdu, sonra stomatoloqa getdi. O, hələ də buradadır və oyuna hazırdır. Hər halda, məşqlərdə iştirak edir. Dünən bərpa prosesi keçdi, bu gün isə oyunöncəsi məşqimiz var. Artıq ağrısı yoxdur. Matçdan sonra ağrısı vardı, indi isə yoxdur. Prinsipcə, o, bizimlə olmağa tam hazırdır".
