“Zəngəzur” ilk oyunda darmadağın oldu
Futbolpress.azŞahin Cəfərov


Azərbaycan təmsilçisi “Zəngəzur” UEFA Regionlar Kubokunda bu gün ilk oyununa çıxıb.
Futbolpress.az xəbər verir ki, 7-ci qrupda yer alan komanda I turda Polşanın “Dolnoşlyonski” kollektivi ilə qarşılaşıb. Matç rəqibin böyük hesablı qələbəsiylə başa çatıb – 12:0.
“Zəngəzur”la bir qrupda “İstanbul” və Rumıniyanın “The Carpathians” klubları da mübarizə aparır.
