Zelenski Putin və Trampla görüşə razılıq verdi

21.11.2026 - 18:491001 dəq oxu
Ukrayna Prezidenti Volodimir Zelenski G20 sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşün keçirilməsinə razı olduğunu bildirib.
Doğru.az xəbər verir ki, bu barədə “Vesti” Ukrayna mediasına istinadən məlumat yayıb.
Zelenski qeyd edib ki, belə bir görüşün keçirilməsi mümkündür. O, Ukraynanın hələlik G20 sammitində iştirakla bağlı rəsmi dəvət almadığını da vurğulayıb.
“G20 çərçivəsində üçtərəfli görüş keçirilə bilərmi? Əminəm ki, baş tuta bilər”, – deyə Zelenski bildirib.
Qeyd edək ki, Donald Tramp daha əvvəl Zelenskini dekabr ayında keçiriləcək G20 sammitinə dəvət etmək niyyətində olduğunu açıqlamışdı.
DOĞRU.AZ