Zaha "yuva"ya geri dönür

1 dəq oxu
Xəbər
İngiltərənin "Kristal Pelas" klubu sabiq futbolçusu Vilfred Zahanı yenidən heyətinə cəlb etməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Talksport" yayıb.
Məlumata görə, London təmsilçisi yanvar transfer pəncərəsində 33 yaşlı hücumçunun transferini nəzərdən keçirə bilər. Zahanın da keçmiş klubuna qayıtmağa müsbət yanaşdığı bildirilir.
Tomas Frankın rəhbərlik etdiyi komandanın bu transferlə bağlı mövqeyi yaxın həftələrdə dəqiqləşə bilər.
Qeyd edək ki, Vilfred Zaha əvvəllər "Kristal Pelas"ın əsas futbolçularından biri olub.
Əlisahib İbrahimli
Mənbə
1 mənbə



