"Yuventus" Kamilin transferindən imtina etdi


İtaliyanın "Yuventus" (Juventus) klubu ilə polşalı qolkiper Kamil Qrabara (Kamil Grabara) arasındakı mümkün transfer hekayəsi sona yaxınlaşır.
Fanat.Az "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, icarə əsasında heyətdə çıxış edən 27 yaşlı qapıçı artıq Turin təmsilçisinin gələcək planlarına daxil deyil.
"Qoca Sinyora" rəhbərliyi hazırda əsas qapıçı kimi Qulyelmo Vikarionu (Guglielmo Vicario) almağı və ikinci qolkiper rolunda "Frozinone"dən (Frosinone) Lorentso Palmizanini (Lorenzo Palmisani) heyətə qatmağı hədəfləyir.
Qeyd edək ki, Qrabaranın Turin nəhənginə keçidinin baş tutmamasında onun son dövrlər tez-tez üzləşdiyi zədələrin əsas rol oynadığı bildirilir.
