Yunanıstan çempionu ''Qalatasaray''la oyun ərəfəsində türkləri nədə günahlandırdı?


]Çempionlar Liqasında əsas mərhələnin 5-ci turu türkiyəli məşqçilərin duelinə səhnə olacaq. Arda Turanın çalışdırdığı ''Şaxtyor'' Londonda Əmrə Belözoğlunun çalışdırdığı ''Fənərbaxça''nı qəbul edəcək. 6-cı tur isə Yunanıstan və Türkiyə çempionlarının qarşıdurması ilə əlamətdar olacaq. AEK doğma fanatları önündə ''Qalatasaray''ı qəbul edəcək. Bu arada ''Cim-Bom''la oyuna 17 gün qalmış AEK-dən vəziyyəti gərginləşdirən bir paylaşım gəlib. Belə ki, Afina təmsilçisi rəsmi internet saytına hücum olunduğunu və bunun türkiyəli xakerlər tərəfindən edildiyini ictimaiyyətə açıqlayıb!
Klubun açıqlamasında bu olay həm təxribat, həm də hədsiz dərəcədə milliyətçi ruhlu qorxaq bir hücum kimi qiymətləndirilib. Bu olayın matçdan öncəki ab-havaya necə təsir edəcəyi maraq doğurur. AEK həm də xakerlərin hücumuna məruz qalmasına rəğmən ''Qalatasaray'' ilə qarşılaşmada feyr-pleyə və idman prinsiplərinə əməl olunacağını xüsusi qeyd edib. AEK bununla da həm fanatlarına, həm də futbol ictimaiyyətinə Yunanıstan qonaqpərvərliyinin ən yaxşı şəkildə nümayiş olunacağına dair mesaj verib.
Bu komanda sonda həmin matçda hansı rəng forma ilə oynayacağını da açıqlayıb. AEK sarı-qırmızı formalı komandaya qarşı meydana açıq mavi forma ilə çıxacaq.
Liqa mərhələsinin 6-cı turu çərçivəsində keçiriləcək AEK - ''Qalatasaray'' oyunu dekabrın 8-də baş tutacaq.
1 mənbə
