Yol qəzaları iki nəfərin ölümünə səbəb oldu, yaralılar var - VİDEO


21:38 • 20 Noyabr 20261 dəq oxu
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Göyçayda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Xezerxeber.az-ın məlumatına görə, idarəetmədən çıxan avtomobil hasara çırpılıb.
Nəticədə avtomobilin sürücüsü, 35 yaşlı Vasif İsmayılov hadisə yerində həyatını itirib.
Maşında olan Nurlan Cəbrayılov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, 1991-ci il təvəllüdlü şəxsə dəqiqləşdirilməmiş çoxsaylı travmalar diaqnozu təyin edilib və zəruri tibbi yardım göstərilib. Vəziyyəti ağır qiymətləndirilən pasiyentin müalicəsi reanimasiya şöbəsində davam etdirilir.
Yevlaxda isə yük maşını velosiped sürən 12 yaşlı uşağı vurub.
Hadisə rayonun Qoyunbinəsi kəndində baş verib. Seymur Quliyev idarə etdiyi yük avtomobili ilə hərəkətdə olarkən velosiped sürən 2014-cü il təvəllüdlü Eltac Məmmədlini vurub. O, Yevlax Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.
Qaxda baş verən qəzada isə yeniyetmənin sürdüyü minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan 5 yeniyetmə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktlarla bağlı araşdırmalar aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
© xezerxeber.az
