Yeni "Krona" sınaqlar zamanı döyüş atışları həyata keçirib


19-11-2026 17:13
ARSENAL
A+ Yazını böyüt
A- Yazını kiçilt
Yeni “Krona” qısa mənzilli zenit raket kompleksi sınaq zamanı döyüş atışları edib.
Herbiand.az bildirir ki, “Kalaşnikov” konserni Telegram-da sınağın detallarını açıqlayıb.
Elanda sistemin ilkin sınaqlardan uğurla keçdiyi və "O" təyinatına layiq görüldüyü qeyd edilib. Qeyd olunub ki, ilkin sınaqların bir hissəsi olaraq iqlim və hava sınaqları, eləcə də müxtəlif növ hava hədəflərinə qarşı döyüş atışları aparılıb.
Testlər “Krona” prototipinin göstərilən tələblərə cavab verdiyini təsdiqləyib. Sistem 2026-cı ildə dövlət sınaqlarına başlayacaq.
Bəxtiyar CƏFƏRLİ
