Yeni Kaledoniya sahillərində zəlzələ olub
Far.azFar.Az

Fransanın dənizkənarı ərazisi olan Yeni Kaledoniya sahillərində, Sakit Okeanda 5,6 maqnitudada zəlzələ baş verib.
"Far.Az"un xəbərinə görə, bu barədə ABŞ-nin Geologia Xidməti (USGS) məlumat yayıb.
Yeraltı təkanlar 20 noyabrda, Bakı vaxtı ilə saat 4:49-da qeydə alınıb. Zəlzələnin episentri 10 km dərinlikdə yerləşib.
Zəlzələ episentrdəki intensivliyə əsasən, "çox güclü" kimi təsnif edilir.
Dağıntı və ya tələfat barədə məlumat verilmir.
Zəlzələ Episentr Yeni Kaledoniya
Oxşar xəbərlər
Dərc vaxtına görə