Yeni çobanyastığı növünə alim Pieter Pelserin adı verildi

Müəllif: Aynur Camal18 Noyabr 2026, 14:5018 Noyabr 2026, 14:580
Bugun.tv xəbər verir ki, Cənubi Amerikada yayılan papatya fəsiləsinə aid bitkilərdən biri yeni bitki cinsi kimi təsnif edilib. Tədqiqatçılar bu cinsə Yeni Zelandiya Kenterberi Universitetinin botanika professoru Pieter Pelserin şərəfinə “Pelseria” adını veriblər.
Universitetin məlumatına görə, Pelser hələ 2007-ci ildə apardığı araşdırmalar zamanı həmin bitkinin uzun müddət aid edildiyi “Senecio” cinsinə daxil olmadığını və ayrıca cins kimi təsnif edilməli olduğunu müəyyənləşdirib. O vaxt bu nəticə DNT təhlillərinə əsaslanırdı.
Argentinalı tədqiqatçılar isə son araşdırmalarında bitkinin yarpaqlarının, tozcuqlarının və erkəkciklərinin quruluşunu öyrənərək əvvəlki qənaəti təsdiqləyiblər. Beləliklə, “Pelseria” adlı yeni bitki cinsi elmi təsnifata daxil edilib.
Qeyd edək ki, söhbət əvvəllər “Senecio otites” adı ilə tanınan və Cənubi Argentina ilə Çilidə yayılan bitkidən gedir. Yəni yeni bitki növü aşkarlanmayıb, mövcud növün elmi təsnifatı dəyişdirilib.
Botanik üçün bu adla bütöv bir bitki cinsinin tanınması onun elmi fəaliyyətinə verilən xüsusi qiymət hesab olunur.