Yəməndə Səudiyyə Ərəbistanının hava hücumlarında 11 nəfər öldürülüb


Yəməndə husilər Səudiyyə Ərəbistanının Hudeydə və Səada şəhərlərinə endirdiyi hava zərbələri nəticəsində 11 nəfərin öldüyünü, 3 nəfərin yaralandığını iddia edib.
Husilərə məxsus “Əl-Məsirə” telekanalının məlumatına görə, Hudeydə şəhərinin şimalındakı Əl-Xəvlani süngər fabrikinə endirilən zərbələr nəticəsində 7 nəfər həlak olub. Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
Bundan başqa, Səada şəhərinin Kitaf və Bukə rayonlarına edilən hücumlarda 4 nəfərin öldüyü, 3 nəfərin yaralandığı bildirilir. Həlak olanların mina təmizləmə qrupu üzvləri və tibb işçiləri olduğu iddia edilir.
Husilər, həmçinin Səudiyyə Ərəbistanının paytaxt Sənaya da hava zərbələri endirdiyini açıqlayıb.
