Yeni Yasamalda park ərazisində tikinti aparılacağı iddiası narazılıq yaradıb


3 mənbə əsasında
Bakı şəhəri Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində yerləşən yarımçıq tikilinin ətrafındakı torpaq sahəsinin taleyi yerli sakinlərin narahatlığına səbəb olub. Sakinlər həmin ərazinin mövcud parkın genişləndirilməsi əvəzinə çoxmərtəbəli binaların tikintisinə ayrılmasından və yüzlərlə ağacın məhv edilə biləcəyindən ehtiyat edirlər. Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib ki, həmin ərazidə 1,26 hektar torpaq sahəsi "Şərur" MTK-ya verilib. Şirkət rəhbəri İsfədiyar Axundov isə ərazini almadığını bildirib.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Yasamalda park üçün nəzərdə tutulan ərazidə yaşayış binaları tikiləcək? - Video
Sitat.info Xəzər Tv-yə istinadən xəbər verir ki, illərdir həmin sahənin Yeni Yasamal parkının genişləndirilməsi üçün istifadə olunacağını gözləyən sakinlər burada yeni çoxmərtəbəli binaların tikilə biləcəyindən narahatdırlar.Sakinlərin sözlərinə görə, 2018-ci ildə burada yeni park salınıb. Ərazisi kiçik olduğundan müvafiq icra orqanlarına parkın genişləndilməsi ilə bağlı tapşırıq verilib. Lakin hazırda ərazinin tikinti üçün istifadə olunacağı iddia edilir. Digər narahatlıq doğuran məqam ərazidə 300-dən artıq çoxillik ağacın olmasıdır. Sakinlər yaşıllıqların məhv edilməsindən və yeni tikililərin onsuz da sıx məskunlaşmış ərazidə yaşayış şəraitini daha da çətinləşdirəcəyindən ehtiyat edirlər.Sakinlərin iddiasına aydınlıq gətirmək məqsədilə "Şərur" MTK-nın rəhbəri İsfədiyar Axundovla əlaqə saxladıq. O, məsələyə belə münasibət bildirdi: "Cammat mənə deyir ki, burada tövlə bizi öldürür. Gəl buranı al, canımızı qurtar. Mən də gedib baxmişam, amma almıram, xoşum gəlmir oradan".Yasamal Rayon İcra Hakimiyyətindən bildirldi ki, “Yeni Yasamal 2” yaşayış sahəsində illər öncə yenidənqurma və abadlıq işləri aparılıb və "Yeni Yasamal istirahət parkı"nın bilavasitə yanındakı ərazidə 1,26 ha torpaq sahəsi "Şərur" MTK-ya ayrılıb. Hazırda yarımçıq tikilidə məskunlaşmış məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı ilə əlaqədar boşalan otaqların möhürlənməsi və digərləri tərəfindən zəbt olunmasının qarşısının alınması məqsədilə görülən tədbirlərdə MTK-nın nümayəndələrinin maraqlı tərəf kimi ərazini nəzarətdə saxlaması hələlik yaşamaqda davam edən bəzi ailələrin narazılığına səbəb olur və onlar əsassız iddialar irəli sürürlər.
Tam oxu Sitat.info saytındaDərc vaxtına görə
Sitat.infooxuduğunuz
Yasamalda park üçün nəzərdə tutulan ərazidə yaşayış binaları tikiləcək? - Video
