Yaponiyanın idxal və ixracında tarixi rekord qeydə alınıb


Bu ilin oktyabr ayında süni intellekt çiplərinə olan yüksək tələbat fonunda Yaponiyanın həm idxal, həm də ixrac göstəriciləri tarixi rekord həddə çatıb.
Plat.az xəbər verir ki, Yaponiya Maliyyə Nazirliyinin açıqladığı məlumatlara görə, ölkənin idxal həcmi 21,6% artaraq 12,25 trilyon yenə yüksəlib.
Eyni zamanda elektrik avadanlıqları, avtomobil və kimya məhsullarının ixracında kəskin artım müşahidə olunsa da, ötən ay ölkənin ümumi ticarət kəsiri 476,5 milyard yen təşkil edib.