Yaponiyada 5,3 bal gücündə zəlzələ baş verib


Almaniyanın Yer Elmləri Tədqiqat Mərkəzi (GFZ) Yaponiyanın Kyushu adasının sahillərində 5,3 bal gücündə zəlzələnin baş verdiyini bildirib.
Yaponiyada yerli vaxtla saat 02.22-də 5,3 bal gücündə zəlzələ baş verib.Almaniyanın Yer Elmləri Araşdırma Mərkəzi (GFZ) zəlzələnin episentrinin Kyuşu adasının sahillərində olduğunu və zəlzələnin təxminən 10 kilometr dərinlikdə qeydə alındığını açıqlayıb.Yerli mənbələr, erkən xəbərdarlıq sistemlərinin zəlzələdən əvvəl vətəndaşlara bildirişlər göndərdiyini və zəlzələnin Yaponiyanın seysmik intensivlik şkalası ilə "zəif" olaraq xarakterizə edilən 5-ci səviyyədə ölçüldüyünü bildirib.İlkin məlumatlara görə, insan tələfatı, xəsarət və maddi tələfat qeydə alınmayıb, sunami xəbərdarlığı edilməyib.
Dərc vaxtına görə
