Yaponiya baş naziri: Müdafiə imkanlarımızı gücləndirməkdə məqsədimiz xalqımızı qorumaqdır
İnfoaz.mediainfoaz


19.11.2026 - 20:37
Yaponiyanın Baş naziri Sanae Takaiçi ölkəsinin müdafiə siyasəti ilə bağlı açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Takaiçi Yaponiyanın müdafiə imkanlarını gücləndirməsinin yalnız ölkə vətəndaşlarının həyatını və dinc yaşayışını qorumaq məqsədi daşıdığını bildirib.
O qeyd edib ki, İkinci Dünya müharibəsindən sonra Yaponiya sülhsevər dövlət kimi beynəlxalq sülhə və rifaha ardıcıl töhfə verib.
Baş nazir vurğulayıb ki, ölkənin bu siyasəti heç bir şəkildə dəyişməyəcək.
Rauf
Report+22 mənbə