YAP Bərdə rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 34 illiyinə həsr edilmiş təntənəli tədbir keçirib.


Tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya, Milli Məclisin deputatı Xanlar Fətiyev, YAP üzvü olan şəhid anaları, təşkilatın ilk üzvləri və fəalları iştirak ediblər.
Öncə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, Millət vəkili Xanlar Fətiyev, təşkilatın ilk üzvləri, fəalları Yeni Azərbaycan Partiyasının yaradıcısı və müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbir Azərbaycan Respublikasının Himninin səsləndiriıməsi ilə başlanıb.
Tədbirdə Ulu öndər Heydər Əliyevin və suverenliyimiz, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ətraflı məruzə edən YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə tədbir iştirakçılarını və onların timsalında təşkilatın bütün üzvlərini təbrik edib, Partiyanın tarixi zərurətdən yarandığını xüsusi vurğulayaraq keçdiyi şərəfli tarixi yolun əhəmiyyətindən danışıb. Qeyd edib ki, ölkə Prezidenti, Partiyamızın Sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında dəmir yumruq kimi birləşmiş bütün Azərbaycan xalqının nail olduğu böyük Qələbələrin, Zəfərlərin bünövrəsində, özülündə Ulu öndər Heydər Əliyevin sarsılmaz ideyaları dayanır. Ulu öndərin yaratdığı Yeni Azərbaycan Partiyasının möhkəm və ümumxalq Partiyası olmasının da səbəbi məhz xalqa xidmət edən, xalqın parlaq gələcəyinin etibarlı təminatçısı olan bu ideyalardır. Xalqımızın Ulu öndər ideyalarına söykənməsi, arxalanması dövlətimizi bütün dünyada əbədi günəş kimi parlayacaq işıqlı gələcəyə aparır.
Tədbirdə çıxış edən rayon təşkilatının ilk üzvlərindən rayon Ağsaqqallar Şurasının sədri, 1993-cü ildən YAP-ın üzvü Yaşar Zamanov, oğlu Elməddin Hüseynzadə şəhid olduqdan sonra YAP- a üzv olan anası Arzu Hüseynzadə, gənclər adından Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə nümayəndəliyinin rəhbəri Ceyhun İsmayılzadə Ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasını yaratması dövründən, xalqı çətin durumdan, xaosdan qurtaran, dövləti məhv olmaq təhlükəsindən xilas edən titanik fəaliyyətindən danışıblar. Bildiriblər ki, bu gün böyuk Qələbələrə imza atan Yeni Azərbaycan Partiyasının sıralarında olmaqdan böyük fəxarət və qürur hissi kecirirlər.
Tədbirdə Yeni Azərbaycan Partiyasına yeni üzv qəbul olunanların bir qrupuna üzvlük vəsiqələri təqdim edilib.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Tədbir Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə nümayəndəliyinin hazırladığı bədii hissə, bayram konserti ilə davam etdirilib.
Dərc vaxtına görə
İki̇sahi̇l.azoxuduğunuz
YAP Bərdə rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 34 illiyinə həsr edilmiş təntənəli tədbir keçirib.