Yanacaq doldurdu, amma şlanqı ayırmağı unutdu - Magistral yolda təhlükəli anlar - VİDEO
MusavatMUSAVAT.COM


Magistral yolda hərəkət edən avtomobilin arxasınca yanacaqdoldurma məntəqələrində istifadə olunan benzin şlanqının sürünüb.
Kadrlardan görünür ki, 99VF723 nömrəli avtomobilin sürücüsü şlanqı avtomobilin arxa hissəsindən ayırmadan hərəkətini davam etdirir. Şlanq isə yolun hərəkət hissəsi boyunca sürünür.
Bu cür ehtiyatsızlıq digər sürücülər üçün təhlükə yarada və yol-nəqliyyat hadisəsinə səbəb ola bilər.
Hadisənin harada baş verdiyi və sürücünün bu vəziyyətdən necə xəbər tutduğu məlum deyil./milli.az/
Dərc vaxtına görə