Xəzərin sahilboyu ərazilərinin idarə olunmasında xarici təcrübə öyrənilir


5 mənbə əsasında
Azərbaycanda Xəzər dənizinin sahilboyu ərazilərinin idarə edilməsi sahəsində xarici təcrübənin öyrənilməsi məqsədilə işlər aparılır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Hüseyn Əliyevin verdiyi məlumata görə, xüsusilə Xorvatiya və Cənubi Koreyanın idarəetmə modelləri ilə rəqəmsal monitorinq sistemləri diqqətdə saxlanılır. Lakin ölkələrin idarəetmə mexanizmləri və sahilboyu ərazilərin xüsusiyyətləri fərqli olduğuna görə hər hansı xarici modelin olduğu kimi tətbiqi məqsədəuyğun sayılmır. Bu səbəbdən mütəxəssislər həmin dövlətlərə ezam olunub və rəqəmsal sistemlərin tətbiqi imkanları araşdırılır.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Xəzərin sahilboyu ərazilərinin idarə olunmasında beynəlxalq təcrübə öyrənilir
Bakı, 19 noyabr, AZƏRTAC Xəzər dənizinin sahilboyu ərazilərinin səmərəli idarə olunması məqsədilə beynəlxalq təcrübə araşdırılır, xüsusilə Xorvatiya və Cənubi Koreyanın idarəetmə modelləri, eləcə də rəqəmsal monitorinq sistemləri diqqətdə saxlanılır. Bununla belə, sahilboyu ərazilərin xüsusiyyətləri və idarəetmə mexanizmləri ölkələr üzrə fərqləndiyindən, hər hansı bir dövlətin təcrübəsinin olduğu kimi Azərbaycanda tətbiqi məqsədəuyğun hesab edilmir.AZƏRTAC xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Hüseyn Əliyev deyib. Onun sözlərinə görə, hər bir ölkənin sahilboyu ərazilərinin coğrafi, iqtisadi və sosial xüsusiyyətləri, eləcə də idarəetmə mexanizmləri fərqlidir. “Buna görə də beynəlxalq təcrübədən istifadə zamanı ayrı-ayrı modellərin üstünlükləri nəzərə alınmalı, lakin onların yerli şəraitə uyğunlaşdırılması təmin edilməlidir. Məsələn, Xorvatiyada sahilboyu ərazilərin idarə olunmasında yerli icmaların rolu bəzi hallarda dövlət qurumlarının rolundan daha genişdir. Bu da həmin ölkənin özünəməxsus idarəetmə modelinin formalaşdığını göstərir. Azərbaycan bu istiqamətdə Cənubi Koreya ilə də əməkdaşlıq edir. Müvafiq təcrübənin öyrənilməsi məqsədilə aidiyyəti qurumun əməkdaşları Xorvatiya və Cənubi Koreyaya ezam olunublar. Araşdırmalar zamanı yalnız idarəetmə mexanizmləri deyil, elektron sistemlərin tətbiqi və davamlı monitorinq imkanları da diqqət mərkəzində saxlanılır. Sahilboyu ərazilərin uzun məsafə boyunca fasiləsiz nəzarətdə saxlanılması ənənəvi üsullarla, yalnız insan resursları və müşahidə postları vasitəsilə mümkün deyil. Bu baxımdan rəqəmsal idarəetmə sistemlərinin tətbiqi və daimi monitorinq mexanizmlərinin yaradılması zəruridir. Fiziki olaraq 400-500 kilometrlik əraziyə 24 saat nəzarət etmək, bunu insan resursları və müşahidə postları vasitəsilə təmin etmək mümkün deyil. Deməli, bütün bunlar rəqəmsal idarəetmə sistemləri vasitəsilə nəzarətdə saxlanılmalı və daimi monitorinq aparılmalıdır”, – deyə H.Əliyev bildirib.Şöbə müdirinin sözlər
Tam oxu AZƏRTAC saytındaDərc vaxtına görə
