Xəzərdən Avropaya yaşıl enerji nəqlini dəstəkləyəcəyik - Dunkan Norman


Ana SəhifəBİZNESXəzərdən Avropaya yaşıl enerji nəqlini dəstəkləyəcəyik - Dunkan Norman
BİZNES18.11.2026 10:30
214
Böyük Britaniya “Xlinks” və “Green Energy Corridor Company” arasında Xəzər regionundan Avropa bazarlarına təmiz enerjinin nəqlini nəzərdə tutan əməkdaşlığı dəstəkləyəcək. Layihə üzrə anlaşma memorandumunun imzalanmasını Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman alqışlayıb.
Fins.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman noyabrın 17-də Bakıda keçirilən mətbuat konfransında bildirib.
Səfirin sözlərinə görə, energetika son 30 ildə inkişaf edən Böyük Britaniya-Azərbaycan münasibətlərinin əsasını təşkil edən istiqamətlərdən biridir.
Dunkan Norman “Xlinks” və “Green Energy Corridor Company” arasında Xəzər regionundan Avropa bazarına təmiz enerji tədarükü sahəsində əməkdaşlığı nəzərdə tutan anlaşma memorandumunun imzalanmasını müsbət qiymətləndirib.
“Biz bu fəaliyyəti dəstəkləyəcəyik”, – deyə diplomat vurğulayıb.
O qeyd edib ki, energetika sahəsində əməkdaşlıq Böyük Britaniya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır.
MüəllifFuad
Yüklənir...