“Xəzər Xəbər”dən ayrıldı, dövlət qurumunda vəzifəyə təyin edildi


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində Rəqəmsal kommunikasiya şöbəsinə yeni müdir təyin olunub.
Gündəm24.az xəbər verir ki, bu vəzifəyə tanınmış aparıcı Günel Qədimova təyinat alıb.
“Artıq peşəkar fəaliyyətimi DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində Rəqəmsal kommunikasiya şöbəsinin müdiri vəzifəsində davam etdirirəm”, – deyə G.Qədimova bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl “Xəzər Xəbər”in aparıcısı Günel Qədimova kanalla yollarını ayırdığını bildirmişdi.
Dərc vaxtına görə
Gündəm24.azoxuduğunuz
“Xəzər Xəbər”dən ayrıldı, dövlət qurumunda vəzifəyə təyin edildi
