Xəzər rayonunda qanunsuz TİKİNTİ İDDİASI: İcra başçısının adı hallanır...


Bakının Xəzər rayonunun Binə qəsəbəsində qanunsuz tikinti ilə bağlı iddialar gündəmə gəlib.
NOCOMMENT.az xəbər verir ki, qəsəbənin tanınmış Əli İsazadə küçəsində iri ölçülü kommersiya obyektinin tikintisi aparılır.
Məlumata görə, obyektin Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun yaxınları tərəfindən inşa etdirildiyi iddia olunur. Həmçinin tikinti işlərinin aparılması üçün zəruri rəsmi icazə sənədlərinin olmadığı bildirilir.
Qeyd olunur ki, Binə qəsəbəsində son illər fərdi yaşayış evləri ilə yanaşı, müxtəlif kommersiya obyektlərinin də tikintisi genişlənib. Bu prosesin ərazinin infrastrukturuna əlavə yük yaratdığı, xüsusilə yağışlı havalarda bəzi küçələrdə ciddi problemlərin yarandığı vurğulanır.
Məlumatda, həmçinin sözügedən tikinti ilə bağlı aidiyyəti qurumlara müraciətlər ünvanlansa da, onların cavabsız qaldığı iddia edilir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Xəzər Rayon İcra Hakimiyyətinin məsələ ilə bağlı mövqeyi hələlik məlum deyil. (Bizimesr.info)
1 mənbə